Əməkdar artistdən şok açıqlama: `Bilik aktyor üçün faciədir` - VİDEO


14:20     11 May 2017 elin%20gozu.JPG

Bildiyimiz kimi Azərbaycanın əməkdar artisti, aktrisa Vəfa Zeynalovanın saytların birində "Cavabım var" rubrikasına qonaq olarkən bəzi suallara cavab verə bilməməsi sərt tənqidlərlə qarşılanıb.


Femida.az xəbər verir ki, bu mövzu ARB TV-nin efirində yayımlanan "Elin gözü" verilişində müzakirəyə çıxarılıb. Proqramda çıxış edən əməkdar artist, aktyor Əli Nur qadın həmkarını müdafiə edib və bildirib ki, iktrisanın intellektinin rola dəxli yoxdur:

“Teatr, kino aktyor və aktrisaları seçilərkən onların intellekti heç vaxt nəzərə alınmır. Onların fiziki görnüüşləri və talantları nəzərə alınır. Məsələn, əgər aktrisa Natavan roluna çəkilirsə o aktrisanın xalqın səsi olan, görnüşü və gözəlliyi olmalıdır. İntellekt burada rol oynamır. Aktrisanın intellektinin rola dəxli yoxdur. İntellek bütün insanlara lazmdır. İntellekt əsas incəsənət sahəsində rejissora lazımdır.

Səhnədə aktyor və aktrisanın intellektli olması o deməkdir ki, oynadığı obrazı daxilən hiss edir və gözü vasitəsi ilə tamaşaçıya çatdırır. Vəfa Zeynalova intellektual aktrisadır. Elm, bilik başqa şeydir, intelektuallıq başqa şey. Xan Şuşuniski ola bilsin ki, ömründə kitab oxumamışdı, ola bilsin ki, heç qəzəli, əruzu bilmirdi. Amma Xan Şuşuniski Şərqin muğam sənətinin tacını başında gəzdirən sənətkar olub. O Allah vergisidir. Müğənniyə səs lazımdır. Elə müğənni də var ki, əruzu da, poeziyanı da bilir, amma Xan Şuşuninki qədər səsi yoxdur.

Rejissor istəyə bilər ki, intellektual, hər şeyi bilən aktrisa onun üçün Nastasya Filippovna obrazını oynasın. Amma Nastasya Filippovna üçün elə bir aktrisa olmalıdır ki, o aktrisanı görən kimi kütlə ona vurulsun. Ona görə də o aktrisaya intellek lazım deyil. Onun fiziki görnüşü, talantı, emosiyası o obrazı tamamlayacaq və sevdirəcək .

Bilik aktyor üçün faciədir. Aristotel deyir ki, insan müdrikləşdikcə əzab çəkir, insan çox bildikcə düşmənləri artır dərd çəkir. Hər şeyi bilmək şəxsən mənim başıma faciə açıb”.





Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3114